Sahibkarın Məsləhət Evi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin alınması üzrə biznes planlar tərtib edilir.

Lakin, Fondun  vəsaitləri hesabına güzəştli kreditlər müvəkkil banklar vasitəsilə və  ancaq aşağıdakı istiqamətlərdə verilir:

• İnnovativ layihələrin həyata keçirilməsi
• Yeni texniki qurğuların yaradılması
• İKT məhsullarının istehsalı
• Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
• Proqram təminatı vasitələrinin yaradılması
• İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
• İKT sahəsində digər xidmətlərin göstərilməsi

Biznes planlar İTİDF Müșahidə Șurasının  qərarı ilə təsdiq  edilmiș minimal tələblər əsasında tərtib edilməlidir.

Bu tələblər Fond vəsaitləri hesabına güzəştli kreditlərin alınması məqsədilə müraciət edən sahibkarlıq subyektləri  (fiziki və hüquqi şəxslər) tərəfindən təqdim edilən  layihələrin tərtib edilməsinin minimum qaydalarını müəyyən edir.

Mündəricat

  1. Titul vərəqi;
  2. Sahibkarlıq subyektinin fəaliyyəti haqqında məlumat;
  3. Layihənin xülasəsi;
  4. İcra planı;
  5. İstehsalı nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri və

 satıș bazarı haqqında məlumat;

  1. Güzəștli kreditin təyinatı;
  2. Maliyyə Planı.

* Qeydlər

Əsas şərtlər,qeydlər,tələblər və köməkçi tövsiyyələr:

  1. Layihələrin tərtib edilməsinə dair mövcud tələblər konkret struktura malikdir və İTİDF MŞ  tərəfindən təsdiq edilmişdir.
  2. Layihələr mövcud forma üzərində heç bir dəyişiklik aparılmadan bəndlərin ardıcıllığı qorunmaq şərti ilə tərtib olunmalıdır.
  3. Maliyyə hesabatları “Excel” də hesablanmalı və dəqiq aparılmalıdır.
  4. Qeyri-müəyyən proqnozlar verilməməli, informasiyalar adları sadalanmaqla qeyd ediləcək məlumat mənbələrinə istinadən verilməlidir.
  5. Ulduzla işarələnmiş qeydlər yalnız altından yazıldığı bəndə aid edilir.
  6. Layihə üzrə sahibkarlıq subyektindən əlavə məlumatlar tələb oluna bilər.

Diqqət: Faktiki iş yerinə yetirilən ofis, mərkəz, torpaq, bina, otaq və ya hər hansı  maddi-texniki bazada (sənəd varsa) həyata keçirilməsi sənədi və şəraiti mütləq olmalıdır.

Sahibkarlıq subyektlərinə kreditlərin ayrılması İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində veriləcək. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə və müddətlərdə güzəştli kredit vəsaiti verilir:

10 000-50 000 manatadək Kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək, güzəşt müddəti 18 ayadək;

50 001-500 000 manatadək Ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək, güzəşt müddəti 30 ayadək;

500 001-5 000 000 manatadək Böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək, güzəşt müddəti 60 ayadək.

<< Əvvəlki shifəyə qayıt

© 2017 - Sahibkarın Məsləhət Evi MMC