Sahibkarın Məsləhət Evi

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilən Biznes Planlar

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəștli kreditlərin alınması məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər irəli sürülmüşdür.Bu tələblərə görə biznes planlar aşağıdakı strukturda və ardicıllıqda tərtib edilməlidir:

Mündəricat

1. Titul vərəqi

2. İnvestisiya layihəsinin xülasəsi

3. Sahibkarlıq subyekti haqqında məlumat

4. İnvestisiya layihəsinin məqsədi

5. Təșkilati plan

6. İstehsalı nəzərdə tutulan məhsulun (iș və xidmətin) xarakteristikası

7. Satıș bazarının xarakteristikası

8. İstehsal planı

9. Güzəștli kreditə olan tələbat və onun ödənmə qrafiki

10. Maliyyə planı

11. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi

12. Risklərin qiymətləndirilməsi

Əlavələr və investisiya layihəsinə dair spesifik məlumatlar

Minimal tələbə uyğun gəlməyən biznes planlar aşağı qiymətləndirilir və geri qaytarılır.Bununla bərabər, biznes planlar səliqəli, aydın məqsədli və məzmunlu yazılmalı,yerli vergiləri və sosial ayırmaları nəzərə almalı, xərclər və gəlirlər əsaslandırılmalı, həqiqətə yaxın göstəricilər ilə maliyyə və sairə bölmələri işlənməlidir.

Lakin, bu biznes planı yazmaqla iş bitmir. Müşahidələr görsətmişdir ki, son zamanlar bütün banklar, investorlar və Sahibkarlığa Kömək Milli Fondu mütəxəssisləri biznes planda göstərilən avadanlıqların məhsuldarlığı, onların kimdən, hansi qiymətə və nə vaxt alınacağını, bu məsələ haqqında axtarışlar və danışıqlar aparılıb-aparılmadığı haqqında məlumatları soruşur, cox doğru olaraq, bilavasitə sifarişçi adına təkliflər alınıb-alınmadığını bilmək istəyirlər. Çünki, bu şərtlər  və tələblər əsasında qiymətləndirilən və yazılan biznes planlar daha keçərli və həqiqətə yaxın olurlar.

SME biznes plan tərtib etməklə kifayətlənməyərək sifarişçinin ideyasına uyğun gələn

 

  • Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində Sizə kömək edir
  • Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar , normativ və digər xidmətləri təklif edir.
  • Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir, danışıqlar aparılır
  • Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edilir,
  • Tikiləsi obyektlərin üzrə layihə nümunəsi axtarılıb tapılır və istifadə üçün Sizə verilir
  • Biznes planın əlavələrinə qoyulan və ya gələcəkdə istifadə ediləcək, özü də birbaşa sifarışçi adına olan təklif, məsləhətli sxem və layihələr əldə edir.
  • Tapılan avadanlıqların sifarişi və alınması üzrə sahibkara bilavasitə kömək edir.

Bu xidmətlərin qiymətləri danışıq yolu ilə müəyyən olunur və biznes planların qiymətinə şamil edilmir.

Diqqət-əsas şərt: Faktiki iş yerinə yetirilən torpaq,ofis, mərkəz, bina, istehsal yeri, otaq və ya hər hansı  maddi-texniki bazada və ərazidə (sənəd varsa) həyata keçirilməsi sənədi və şəraiti mütləq olmalıdır.

Fonda Biznes Planın və tələb edilən digər zəruri sənədlərin tərtibində Sahibkarın Məsləhət Evinin mütəxəssisləri Sizə kömək etməyə hazırdır.

<< Əvvəlki shifəyə qayıt

© 2017 - Sahibkarın Məsləhət Evi MMC